Əhaliyə MÜJDƏ: Əlinizdəki metal əskinazları kağız pullarla bu cür dəyişə bilərsinizbackend

Əhaliyə MÜJDƏ: Əlinizdəki metal əskinazları kağız pullarla bu cür dəyişə bilərsiniz

Azərbaycanda vətəndaşların əlində olan metal pulların (sikkələrin) kağız əsginaslara dəyişdirilməsi məsələsi tez-tez müzakirə mövzusu olur. Xüsusilə, gündəlik xərclər zamanı yığılan xırda sikkələrin istifadəsində yaranan çətinliklər bu sualı aktuallaşdırır: banklar bu əməliyyatı həyata keçirməyə borcludurmu? Ümumiyyətlə, bunun üçün əlavə ödəniş tələb oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, banklar bir qayda olaraq metal pulların kağız əsginaslara dəyişdirilməsini həyata keçirirlər və adətən bu xidmət üçün əlavə ödəniş tələb edilmir.

Əhaliyə ŞAD XƏBƏR: Bank faizləri aşağı salınacaq? | KONKRET

“Bu əməliyyat bankların gündəlik xidmətləri sırasına daxil olsa da, maliyyə qurumları hər zaman bunu etməyə məcbur deyil. Bank deyə bilər ki, texniki və ya digər səbəblərdən bu əməliyyatı həyata keçirmək imkanı yoxdur. Yəni bu, onların mütləq öhdəliyi kimi müəyyən edilməyib.”

Ekspert qeyd edib ki, belə hallarda vətəndaşlar alternativ olaraq Azərbaycan Mərkəzi Bankına müraciət edə bilərlər:

“Əgər bank metal pulları dəyişməkdən imtina edərsə, vətəndaş Mərkəzi Banka üz tutaraq bu əməliyyatı həyata keçirə bilər.
Praktikada banklar əksər hallarda müştərilərin müraciətini müsbət qarşılayır və sikkələrin dəyişdirilməsi xidmətini təqdim edirlər”.

Beləliklə, metal pulların kağız əsginasa dəyişdirilməsi mümkündür, lakin bu xidmətin göstərilməsi bankın daxili imkanlarından asılı olaraq dəyişə bilər. Bank imtina etdiyi halda isə vətəndaşların Mərkəzi Banka müraciət etmək hüququ qalır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*