Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsənin icra başçısı vəzifəsindən azad edilib.
Əhəd Abıyevin bu ilin yanvarında 65 yaşının tamam olması 65+ yaşda olan icra başçılarını gündəmə gətirib.
KONKRET.az Axar.az-a istinadən həmin icra başçılarının siyahısını təqdim edirik:
- Bakı şəhərinin icra başçısı Eldar Əzizov – 1957-ci ildə anadan olub, 66 yaşı var.
- Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə – 1947-ci ildə anadan olub, 76 yaşı var.
- Şuşa şəhərinin icra başçısı Bayram Səfərov – 1951-ci ildə anadan olub, 72 yaşı var.
- Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 1952-ci ildə anadan olub, 71 yaşı var.
- Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov – 1953-cü ildə anadan olub, 70 yaşı var.
- Qubadlı rayonunun icra başçısı Malik İsaqov – 1953-cü ildə anadan olub, 70 yaşı varı var.
- Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov – 1954-cü ildə anadan olub, 69 yaşı var.
- Siyəzən rayonunun icra başçısı Novruz Novruzov – 1954-cü ildə anadan olub, 69 yaşı var.
- Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov – 1954-cü ildə anadan olub, 69 yaşı var.
- Füzuli rayonunun icra başçısı Alı Alıyev – 1955-ci ildə anadan olub, 68 yaşı var.
- Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 67 yaşı var.
- Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 1953-ci ildə anadan olub, 70 yaşı var.
- Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısıdır Rüstəm Xəlilov – 1958-ci ildə anadan olub, 65 yaşı var.
- Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov – 1953-cü ildə anadan olub, 70 yaşı var.
- Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov – 1958-ci ildə anadan olub, 65 yaşı var.
- Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov – 1958-ci ildə anadan olub, 65 yaşı var.
