Əhməd İsmayılov jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdibackend

Əhməd İsmayılov jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi

“Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir”.

KONKRET.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aytən Məmmədova ilə əlaqə saxlanılıb: “Bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*