“Əks halda ukraynalılar öz ölkələrini itirə bilər” – Orbandan TƏKLİFbackend

"Əks halda ukraynalılar öz ölkələrini itirə bilər" - Orbandan TƏKLİF  

“Ukrayna üçün ən yaxşı variant Qərblə Rusiya Federasiyası arasında “bufer zona”ya çevrilmək və təhlükəsizlik zəmanəti almaqdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban səsləndirib.

O qeyd edib ki, Ukraynanın coğrafi mövqeyini nəzərə almaq lazımdır:

“Rusiya Federasiyasının bilavasitə qonşuları kimi onlar üçün bufer zonaya çevrilmək və təhlükəsizlik zəmanəti almaq ideal variantdır. Əks halda ukraynalılar öz ölkələrini itirə bilər”, – deyə Orban əlavə edib.

Macarıstanın baş naziri həmçinin hesab edir ki, Rusiya heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*