Əks-hücum əməliyyatı: Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 “OSA”sı məhv edildi – Müdafiə Nazirliyibackend

Əks-hücum əməliyyatı: Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 “OSA”sı məhv edildi - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Nazirlik qeyd edir ki, əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*