Ekspert Etibar Əliyevin istefasından danışdı: “Bütün İctimai Şura buraxılmalıdır”backend

Ekspert Etibar Əliyevin istefasından danışdı: “Bütün İctimai Şura buraxılmalıdır”

“Hörmətli deputat, Azərbaycanda təhsil eksperti institutunu yaradan, formalaşdıran dəyərli Etibar müəllim Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən qeyri şəffaflığa görə istefa verdi. Bu bir daha sübut edir ki, nazirlik yanında İctimai Şura təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər”.

KONKRET.az xəbər verir ki, bunu ekspert Kamran Əsədov deyib.

“Yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb. Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır”, – deyə Kamran Əsədov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*