“Əlaqələrimizi genişləndirməliyik” – Abdullahian Mirzoyanla DANIŞDIbackend

"Əlaqələrimizi genişləndirməliyik" - Abdullahian Mirzoyanla DANIŞDI

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü axşam saatlarında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefonla danışıb. İran Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, Hüseyn Əmir Abdullahian ötən gecə erməni həmkarı Ararat Mirzoyanla telefonla geniş spektrli mövzular, o cümlədən “ikitərəfli əlaqələr, iki ölkə arasında iqtisadi əməkdaşlıq və birgə iqtisadi komissiya, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı, bölgəsəl və beynəlxalq proseslər” ətrafında fikir mübadiləsi aparıb.

KONKRET.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, bəyanatda qeyd edilir:

“Əmir Abdullahian iki ölkə arasında əlaqələri dayanıqlı və irəliyə doğru dəyərləndirib və onun müxtəlif sahələrdə genişlənməsini və inkişaf etdirilməsini zəruri hesab edib”.

İranlı nazir habelə son aylarda iki ölkə arasında münasibətlərin artan tendensiyasından məmnunluğunu ifadə edərək, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İran şirkətlərinin Ermənistandakı fəaliyyətini genişləndirməyə hazır olduqlarını qeyd edən iranlı nazir iki ölkənin Müştərək İqtisadi Komissiyasının iclasının ən qısa zamanda keçirilməsinə ümid etdiyini bildirib.

Qeyd edək ki, üzdə Azərbaycanla qonşuluqdan, dostluqdan, qardaşlıqdan və ən əsası müsəlmanlıqdan riyakarcasına dəm vuran İran hökuməti əməldə bunun tam əksini edir. Belə ki, Azərbaycanın Qarabağ torpaqlarının erməni tapdağında olduğu son 30 ildə İran şirkətləri və iş adamları nəinki Ermənistanda, həm də Qarabağ ərazilərində qanunsuz şəkildə və Azərbaycanın rəsmi icazəsi olmadan iqtisadi fəaliyyət göstərib, erməni terrorçularının və separatçılarının işğalçılığına göz yummaqla yanaşı, İrandan ora içərisində naməlum və şübhəli yüklər dolu TIR-lar göndərməklə onların ayaqda qalmasına hər vəchlə dəstək veriblər.

Bəs görəsən İranın bu “erməni sevdası” nədən qaynaqlanır?!

Yaxşı sualdır. İndi isə, Azərbaycan öz əzəli torpaqlarını erməni ünsürlərindən təmizlədikdən sonra, İran rəsmiləri və şirkətləri utanmazcasına Qarabağda icra edilən layihələrdən pay əldə etməkdən ötrü min cildə girir və hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və işğala son qoyulmalı olduğunu vurğuladığını iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*