backend

Elazığ zəlzələsində acı həqiqət

Elazığda 6.8 ballıq zəlzələ nəticəsində dağılan binaların dağıntılarında tikintidə istifadəsi qadağan olan sel qumu tapılıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, mühəndislər və podratçılar əvvəlki illərdə şəhərdən 10 kilometr uzaqlıqdakı Kuyulu dərəsi Hazar gölü sahillərindən toplanan qumlardan istifadə edildiyini söyləyiblər. Bir çox layihəsi olmayan binalarda axın qumuna əlavə olaraq nazik armaturdan istifadə edildiyi və ensiz sütunların olduğu müəyyən edilib. Mütəxəssislər söküntü prosesində tikintiyə laqeyd yanaşıldığını bildiriblər.

Elazığ üzrə İnşaat Mühəndislərinin nümayəndəsi Xıdır Kaya bildirib ki, şəhərdəki köhnə tikililərin 70-80 faizi bu axından alınan qumla düzəldilib: “Murat çayının kənarında daha yaxşı qum var. Ancaq uzaq və ucuz olduğu üçün həmişə buradan alınıb”.

İnşaat Podratçıları Birliyinin prezidenti Osman Avcıl isə qeyd edib ki, bu iş podratçıların və işçilərin vicdanlarına buraxılacaq: “2010-cu ildən sonra mühəndislik baxımından daha keyfiyyətli binaların inşasına başlanıb”. Osman Avcıl Elazığın 3 tərəfinin göllərlə əhatə olunduğunu və keçmişdə tikilən binalarda istifadə olunan qumların dərələr və göl sahillərindən gətirildiyini deyib: “Məsələ təkcə qumda deyil, həm də armatur işindədir. Hazır qarışıq betondan istifadə edilməyib və mühəndislik səhvləri olub. İşlərə nəzarət edilməyib. Təqsiri yalnız quma atsaq, bir qərara gələ bilməyəcəyik. Bu gün hazır betondan başqa betonun istifadəsi qadağandır. Hər betonun keyfiyyəti yoxlanılır. Prosesdən sonra keyfiyyətsiz olduğu aşkarlansa, proses binanın sökülməsinə qədər davam edəcək”.

Elazığın mərkəzindəki binaların 80 faizinin yıxıla bilən binalar statusuna sahib olduğunu bildirən Avcıl bunları söyləyib: “Düşünürəm ki, Abdullah Paşa, Kızılay və Sürsürüdəki binaların əksəriyyəti Ətraf və Şəhərsalma Nazirliyinin rəhbərliyi altında ciddi sınaqdan keçirilməli və sökülüb-sökülməməsi ilə bağlı hesabatlar verilməlidir. Bütün ölkədə belə binalar ciddi nəzarətə götürülməlidir. Bundan ibrət dərsi almaq lazımdır. Düşünürük ki, yüksək keyfiyyətli və möhkəm binalar tikinti qaydalarına uyğun tikilməlidir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*