backend

Elazığ zəlzələsində ölənlərin sayı 40-a çatdı

Elazığın Sursuru mahalında dağıntılar altından daha bir adamın cansız bədəni tapılıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, beləliklə, zəlzələdə ölənlərin sayı 40-a yüksəlib. Dağıntılar altında olduğu təxmin edilən son 1 nəfərin axtarışı davam edir. Axtarışda 21 fərqli dövlət qurumu, mülki müəssisə və təşkilatlardan 3 min 829 personal, 22 axtarış-xilasetmə iti, 568 quru nəqliyyat vasitəsi və 5 təyyarə iştirak edir. Daxili İşlər naziri Süleyman Soylu görülən işlərlə bağlı bunları deyib: “Zədələnən və uçan evlər üçün cəmi 41 min lirə veriləcək. Kənd evləri üçün isə 16 min lirə dəstək göstərəcəyik”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*