Elazığa gedən yardım paketində emosional yazı – FOTOLARbackend

Elazığa gedən yardım paketində emosional yazı - FOTOLAR

Elazığda baş verən 6.8 ballıq zəlzələdən sonra Ədirnənin Keşan bələdiyyəsi kömək kampaniyasına başlayıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələdən sağ qalanlar üçün toplanan yardım qutulardan çıxarılıb. Bir uşağın oyuncağını qoyduğu zərfdə bu sözlər yazılıb:

“Sən də paylaş, mən oynadım, sən də oyna”.

Keşan bələdiyyəsinin hazırladığı çadırda vətəndaşlardan toplanan qida məhsulları, geyim, yorğan, soba və uşaq bezləri bölgədəki zəlzələ qurbanlarına göndəriləcək. Bələdiyyə sədri Mustafa Helvacıoğlu zəlzələdən sonra kömək kampaniyasına başladıqlarını söyləyib:

“Kesan xalqı bu çağırışa çox həssas yanaşdı. İstifadə olunmamış geyim əşyalarını qablaşdırıb ehtiyacı olanlara çatdırmaq üçün Elazığa göndərəcəyik. Türk xalqının bu cür hadisələrdə həmrəy olduğunu bir daha gördük. Bütün türk xalqına təşəkkür edirəm”. Yardım üçün gətirilən qutulardan zəlzələdən sağ qalanlara yazılmış “tezliklə sağal” qeydləri də var”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*