Elçin Quliyev generala yüksək VƏZİFƏ VERDİ – FOTObackend

Elçin Quliyev generala yüksək VƏZİFƏ VERDİ - FOTO

Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Xidmət rəisinin əmri ilə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini – Qərargah rəisi general-mayor Nəsib Mirzəyev tutduğu vəzifədən azad edilərək xidmətin Baş İdarəsinə rəis təyin edilib.

Xatırladaq ki, N.Mirzəyev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*