Eldar Əzizovun kadrı, Aparat rəhbəri… – Nərimanovun yeni icra başçısı haqqında İLGİNC FAKTLARbackend

Eldar Əzizovun kadrı, Aparat rəhbəri... - Nərimanovun yeni icra başçısı haqqında İLGİNC FAKTLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam imzalayıb.

KONKRET.az Elgin Həbibullayevin  tərcümeyi-halını təqdim edir:

E.Həbibullayev icra başçısı təyin olunanadək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olub.

Bundan əvvəl isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov komandasında Gəncə və Sumqayıt şəhərlərində çalışıb.

Belə ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə Elgün Həbibullayev başçının köməkçisi olub.

Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman isə E.Həbibullayevi əvvəlcə özünə köməkçi, sonra müavin təyin edib.

O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*