Milli Məclisin deputatları içərisində elə şəxslər var ki, onlar bir neçə vəzifə daşıyırlar.
KONKRET.az xəbər verir ki, onlardan biri də Eldar Quliyevdir.
1951-ci il təvəllüdlü Eldar Quliyev:
2000-ci ildən Milli Məclisin üzvüdür. Parlamentin Hesablayıcı Komissiyasının sədridir.
2016-cı ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
1993-cü ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”) sədridir.
2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
29 sentyabr 2020-ci ildən Azərbaycan Ağsaqqallar Şurasının sədridir.
E.Quliyev elmi fəaliyyətlə də məşğuldur. O, iqtisad elmləri doktoru, professordur. Bir neçə kitabın müəllifi, müxtəlif ölkələrdəki elmi mərkəzlərin fəxri üzvüdür.
Ancaq maraqlıdır, 72 yaşlı E.Quliyev bu qədər işin öhdəsindən necə gəlir? Axı bu, fiziki baxımdan da mümkün deyil…
Ənvər Şüküroğlu,
KONKRET.az
