“KamAZ” minik maşınına çırpıldı – 4 nəfər öldü, 2 nəfər yaralandı – YENİLƏNİB / FOTOLARbackend

“KamAZ” minik maşınına çırpıldı - 4 nəfər öldü, 2 nəfər yaralandı - YENİLƏNİB / FOTOLAR

Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, 2020-ci il təvəllüdlü azyaşlı Bayxan Bağırov da xəstəxanada dünyasını dəyişib.

17:08

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, 1 qadın və 1 azyaşlı uşaq isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

“KamAZ” minik maşınına çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB (FOTOLAR)

“KamAZ” minik maşınına çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB (FOTOLAR)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*