Əlirza Sədaqət: “Çox güman ki, “Omikron” artıq İrana daxil olub”backend

Əlirza Sədaqət: "Çox güman ki, "Omikron" artıq İrana daxil olub"

Koronavirusun “Omikron” versiyası İranda aşkar edilib.

KONKRET.az İran mətbuatına istinadla xəbər verir ki, bu barədə Məşhəd Səhiyyə Sistemi Təşkilatının sədri Əlirza Sədaqət məlumat verib. O deyib ki, koronavirusun yeni ştammı olan “Omikron” çox güman ki, artıq ölkəyə daxil olub və bu, İranda koronavirusa yoluxma hallarının sayının daha da artması ilə nəticələnəcək.

“İranda “Omikron” virusunu müəyyən etmək üçün lazımi cihazlar yoxdur və Koronavirusla Mübarizə üzrə milli qərargahın yardımı ilə qərara alınıb ki, virusa yoluxmada şübhəli bilinən xəstələrin müəyyən edilməsi üçün bir neçə avadanlıq alınsın”, – Əlirza Sədaqət əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*