Əliyevin “Davos” səfəri ermənilərə necə “od qoyub?” – İLGİNC DETALLARbackend

Əliyevin “Davos” səfəri ermənilərə necə “od qoyub?” – İLGİNC DETALLAR

Dünya siyasətində özünəməxsus yer tutan Davos Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etməməsi ermənilərin qəlbini əməlli-başlı yaralayıb. Sanki bununla Ermənistan deyil, Davos forumu nələrisə itirib. Hər halda erməni xislətindən irəli gələn bir məsələdir və bu cür təqdimat düşmənin xarakterinə uyğundur. Digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin Davos forumuna qatılması, orada bir sıra vacib görüşlər keçirməsi də ermənilərə sözün bütün mənalarında “od qoyub”.

Erməni analitik Romella Mnatsakanyan “Davos forumunun Paşinyanın iştirakı olmadan baş tutmasının hər hansı əsası varmı” sualına isə rişxəndlə yanaşmamaq mümkün deyil. Axı qucaqdan-qucağa atılıb düşən Ermənistanın, yaxud onun baş naziri Nikol Paşinyanın dünya çapında xüsusi əhəmiyyət kəsb etmədiyini erməilərin özləri də yaxşı bilir. Belə olan halda Mnatsakanyanın ədası heç cür anlaşılmır.

Davosdan əli üzülən Ermənistan ümidini AŞPA-nın sessiyasına bağlayıb. Hər halda erməni analitikin məqaləsində yazdığı cümlələr belə qənaətə gəlməyə əsas verir:

“Əminəm ki, Ermənistan nümayəndə heyəti AŞPA-nın ssesiyasında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar edəcək. Yəni müzakirələr sadəcə rutin bəyanatla məhdudlaşmayacaq. Ümid edirəm ki, Ermənistan məqsədinə nail olacaq. Amma hamımıza lazım olan nəticəni əldə etmək üçün istənilən platformadan və fürsətdən yararlanmalıyıq”, – Mnatsakanyan vurğulayıb.

HAŞİYƏ: Görünür, Mnatsakanyan və bütövlükdə erməni cəmiyyəti olduqca çarəsiz durumdadır. AŞPA-dan mədət umacaq qədər rəzil vəziyyətə düşmələri belə deməyə əsas verir. Erməni analitik anlamır ki, AŞPA və ya hansısa digər təşkilat Azərbaycana qarşı sanksiya tətbiq edə bilməz. İlk növbədə bunun üçün heç bir tutarlı əsas yoxdur, ikincisi, rəsmi Bakı beynəlxalq təşkilatlar və dövlətlərlə diplomatik münasibətlərə malikdir, üçüncüsü, regionda və dünyada güclənən nüfuzu ilə “odlar diyarı” diqtə edən tərəfə çevrilməyi bacarıb. Ermənistana isə sadəcə ümidlə yaşamaq qalır ki, rəsmi İrəvan üçün başqa seçim də mövcud deyil.

Daha sonra erməni analitik diqqəti Ukraynanın birinci xanımı Zelenskayanın Davosdakı çıxışına yönəldir:

“Ukraynanın birinci xanımı Davosdakı çıxışı ilə ölkəsinə silah tədarükünün artırılmasının zəruriliyinə diqqət çəkir. Tam əminliklə deyə bilərəm ki, Ukrayna hakimiyyəti öz müttəfiqlərini müharibədə onlara dəstək verməyə inandırmaq üçün əlindən gələni edir. Onlar bir platformanı da nəzərdən qaçırmadılar. Hər yerdə öz tələblərini açıq-aydın səsləndirdilər. Bizim hökumət nə edir? Baş nazir Nikol Paşinyan Davosa getmir. Belə olan halda isə Azərbaycan tərəfi ironik bəyanatlar səsləndirir. Rəsmi Bakı iddia edir ki, Paşinyanın dünyaya təklif edəcəyi heç nəyi yoxdur. Həmçinin Paşinyan Əliyevlə görüşməkdən qorxur. Doğrudan, o vaxt Davosda Əliyevlə görüşdə Paşinyan heç də yaxşı vəziyyətdə deyildi” – Mnatsakanyan əlavə edib.

“Bəs dünya siyasətində belə mühüm hadisənin Paşinyanın iştirakı olmadan baş tutmasının hər hansı əsası varmı? Təbii ki, xeyr. Orada olmalı və Laçın dəhlizi ətrafında baş verənlərdən danışmalı idi. Amma Paşinyan bütün bunlardan məhrum oldu. Əvəzində İlham Əliyev Davosda mühüm görüşlər keçirir və öz gündəmini fəal şəkildə təbliğ edir. Üstəlik, bunu təkcə Davosda deyil, mümkün olan hər yerdə həyata keçirir”, – deyə erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*