“Əliyevlə 8 dəfə görüşmüsünüz, danışıqlar aparmamısınızsa, onda nə edirdiniz?”.
KONKRET.az xəbər verir ki, bunu “Hayastan” müxalifət fraksiyasının deputatı Aqnessa Xamoyan parlamentdə çıxışı zamanı deyib.
“Bu hakimiyyət 5 ildir hakimiyyətdədir, amma 25 illik danışıqlar prosesindən danışır. Əsas suala cavab versinlər görək bu 5 il ərzində nə ediblər?”, – deyə Xamoyan sual verib.
Qeyd edək ki, Ermənistan Milli Assambleyası artıq 4-cü gündür ki, hökumətin 2022-ci il üçün proqramının icrasını müzakirə edir. İclasda Baş nazir Nikol Paşinyan da iştirak edir.
“Siz Azərbaycanla heç bir danışıqlar aparmadığınızı deyirsiniz, amma Əliyevlə 8 dəfə görüşmüsünüz. Əgər danışıqlar aparmamısınızsa, o zaman nədən danışırdınız, nə edirdiniz?”, – deyə deputat Paşinyandan soruşub.
Sonra o, Paşinyana əlavə sual verib:
“Siz də Azərbaycanla 4 dəfə sülh müqaviləsinin mətnini dəyişmisiniz, lakin deputatlar 4 aydır ki, bu mətnlə tanış ola bilmir”.
Xuraman Etibarlı,
KONKRET.az
