İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov öz facebook səhifəsində məlumat yayıb. Məlumata görə, müvafiq əmrlə Adıgözəlov Seymur Elmir oğlu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Seymur Adıgözəlov bu təyinatadək İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.
02:13
Qeyd edək ki, bu vaxta qədər İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Elşad Nuriyev “Bakı Gəmiqayırma Zavodu”nun İdarə heyətinin sədri təyin edilib.
