Elzadan yeni şeir: “Səsimi oğurladınız, benzinimi əmdiniz”backend

Elzadan yeni şeir: “Səsimi oğurladınız, benzinimi əmdiniz”

Fevralın 9-da keçirilən parlament seçkiləri bir çox məqamları ilə yadda qaldı. Bunlardan biri də deputatlığa namizədliyini vermiş Əməkdar artist Elza Seyidcahanın seçkilərdən sonra cəmiyyətə yeni şerini təqdim etməsi oldu. Şairənin ifadə dili həmişəki kimi yenə qəribəliyi ilə seçilib.

KONKRET.AZ Elza Seyidcahanın seçkilərə həsr olunmuş şeirini təqdim edir:

Aşkım, gedəlim buralardan, gedək İstanbula

Ekrem İmamoğluna şikayət edəlim buralardan

Getmişkən İstanbula balık-ekmek yeyəlim,

Dönər, ayran içəlim, kestane partladalım.

MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!

Səslər göylərdə uçur, quşlar uçan kimi

Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?

Ax saxtakarlar, seçib qurtardınız?

Səsimi oğurladınız, benzinimi əmdiniz.

Nəfəsimi aldınız, indi vakkum, zəkkum!

Adını qoyublar Milli Məclis, siz yalançılar,

Ax saxtakarlar, seçib qurtardınız?

Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə

Qocası satqın, cavanı satqın, müəllimi yatqın

Hamısı çapkın, yapkın, bupkın, dupkın,

Nə? Kim? Harada? Çto, Qde, Koqda?

Aman aman, bu nə erotika, bu nə kosmetika?

Ax saxtakarlar, seçib qurtardınız?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*