Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclasında bununla bağlı tapşırıqlar verilib.
KONKRET.az xəbər verir ki, bununla da əmək haqları, pensiya və müavinətlərdə artımlar ola bilər.
Qeyd edək ki, birinci rübün yekunlarına əsasən dövlət büdcəsinə proqnozdan daha çox vəsait daxil olub. Büdcə üzərində iş yaxın günlərdə bitəcək və dövlət başçısına göndəriləcək. Bundan sonra Milli Məclisə göndəriləcək. May ayında isə parlamentdə dövlət büdcəsinin müzakirəyə çıxarılacağı gözlənilir.
Deputat Vüqar Bayramov atv-yə bildirib ki, dövlət büdcəsinə yenidən baxılması prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkab verəcək.
Ətraflı videomaterialda izləyə bilərsiniz:

Vallah mən sosiyal yardim aliram aydan o aya çatmir
Mende azersuda isleyirem hefdenin her gunu aldiĝim mayis sabaha qalmir veteran
Mən vetranam ama ailem acından ölür ama heç bir kömək yoxdur devletden
Men 1qizimla sosial ala bilmirem bowanmiwam 8ildi.13yawli qizima sosial ala bilmirem imkani olanlar alir sosiali
150azn çox azdır 3cu qrup əlillik üçün ailədə 4 nəfərik ehtiyacımızı ödəmir ümid edirəm gələcəkdə artım olacaq