ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonaqları əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli olub.
KONKRET.AZ bildirir ki, verilişin aparıcısı Nazilə Səfərli, tamaşaçıların çoxsaylı istəklərini nəzərə alaraq Baloğlan Əşrəfovdan “Ana” muğamı oxumasını istəyib.
Əməkdar artist ifanı səsləndirməyə başlayan zaman Nüşabə Ələsgərli buna etiraz edib:
“Səhər tezdən ağlamaq istəmirəm. İstəmirəm. Kefim korlanır”.
Aparıcı, Nüşabə Ələsgərlini fikrindən daşındırmağa çalışsa da, istəyinə nail ola bilməyib. Müğənni ifa əsnasında efiri tərk edib.
günə dogru verilişində səhər gimnastika həhəkətlərin aparıcısı kimdir