Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İŞİD terror təşkilatı lideri Əbubəkr Bağdadinin öldürülməsi ilə bağlı əməliyyata münasibət bildirib.
KONKRET.AZ Avropa.info-ya istinadən xəbər verir ki, Kalın əməliyyatda YPG/PKK-nin roluna yer verilməsinin qəbuledilməz olduğunu bildirib.
“Bu terror təşkilatı ən çox müsəlmanlara zərər vermiş bəladır. Bunların təmizlənməsi, bu sapıq ideologiyanın aradan qaldırılması Türkiyənin də dəstəklədiyi məsələdir. İŞİD ideologiyasının nə qədər sapıq ideologiya olduğuna dair Diyanət İşləri idarəmiz də fəaliyyət apardı. Bunlar davam edəcək.
Dindən istifadə edən sapıq ideoloji kontekstində İŞİD və FETÖ-nün bir-birindən fərqi yoxdur.
İŞİD liderinin öldürülməsi vacib addımdır, terrorla mübarizədə bundan sonrakı qətiyyəti tutuşduran prosesdir, lakin buradan xüsusilə Suriyada YPG terror təşkilatına pay vermək formasında səyin olduğunu görürük. Bunlara qarşı hər kəsin çox diqqətli olması lazımdır.
YPG-nin təmizə çıxarılması və onlara pay ayırmaq cəhdinin bizim tərəfimizdən qəbuledilməz olduğunu deməliyik.
Hərbi kəşfiyyat qurumlarımız koordinasiyalı şəkildə işlədi. Əməliyyatın həyata keçirildiyi gecə hərbi idarələrimiz arasında intensiv dialoqun olduğunu deyə bilərik”.
