Cümə günü Dəməşqin məşhur Əməvi məscidində baş verən izdihamda 4 nəfər ölüb, 16 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, yaralılar arasında 5 uşaq var.
Dəməşq valisi Mahir Mərvan bildirib ki, hakimiyyət insidentin səbəblərini müəyyənləşdirməyə çalışır və məsul şəxsləri məsuliyyətə cəlb edəcək.
İzdihamın baş verdiyi yerdə olan AFP fotoqrafı pulsuz yemək paylanarkən məscidin qarşısında toplaşan böyük izdihamı görüb.
Associated Press-in əldə etdiyi videoda da qida paketləri üçün əlini uzatan böyük bir izdiham görünür.
“Əl-Vətən” qəzeti izdihamın sosial şəbəkə istifadəçisi tərəfindən pulsuz yemək paylaması zamanı baş verdiyini yazıb.
“Arab News” xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tacani səhər saatlarında məscidi ziyarət edib.