Əmir ölkə parlamentini buraxdıbackend

Əmir ölkə parlamentini buraxdı

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkə parlamentini buraxıb.

KONKRET.az xəbər verir ki, bu barədə danışan vəliəhd Şeyx Məşal əl-Əhməd əs-Sabah Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.

Vəliəhd Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*