Ən faydalı ŞİRƏ budur: “Mağazadan almaqdansa, özünüz hazırlayın” – HƏKİM MƏSLƏHƏTİbackend

Ən faydalı ŞİRƏ budur: "Mağazadan almaqdansa, özünüz hazırlayın" - HƏKİM MƏSLƏHƏTİ

Ən faydalı sok nar şirəsidir, o, gücü bərpa etməyə və immuniteti yaxşılaşdırmağa qadirdir. Rusiyalı dietoloq və həkimlərin fikrincə, nar şirəsini almaq yox, hazırlamaq lazımdır. Nar şirəsi təbii immunomodulyatorlara aiddir, o, antioksidantlar və antosiyaninlərlə zəngindir, həmçinin bağırsaqların fəaliyyətinə faydalı təsir göstərir.

KONKRET.az xəbər verir ki, nar şirəsini içəndə enerji artır. Bəzi hallarda bu hiss qanda hemoglobinin səviyyəsinin çoxalması ilə əlaqədardır.

Nar şirəsi qanda hemoglobinin səviyyəsini yüksəldir və dəmir defisitli anemiyanın müalicəsində kömək edir. Gücsüzlük, halsızlıqdan əziyyət çəkənlərə faydalıdır. Nar şirəsi yağda həll olunan D, E və K vitaminləri, həmçinin Omeqa-3 ilə zəngindir.

Bu cür şirəni hazırladıqdan sonra yarım saat ərzində içsəniz, orqanizm ən faydalı maddələri ala bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*