“Endrü Şofer ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviridir”backend

Endrü Şofer ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviridir

“Endrü Şofer ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviridir”.

KONKRET.az  xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyindən “Azadlıq Radiosu”nun yazılı sorğusuna cavab olaraq bildiriblər.

“Bu vəzifədə onun səlahiyyətlərinə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri funksiyalarını yerinə yetirmək və Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək daxildir”, – səfirliyin cavabında deyilir.

“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun sülh, demokratik və çiçəklənən gələcəyinə yardım göstərməyə sadiq qalır”, – səfirlikdən əlavə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*