Rusiyanın Perm vilayətində yerləşən Solikamsk şəhərində yerli sakin keçmiş həyat yoldaşını onun iş yerində yandırıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “Svoe TV” yayıb. Müşahidə kameralarından alınan video sonradan sosial şəbəkələrdə yerləşdirilib. Kadrlarda kişi mağazaya daxil olur, piştaxtanın arxasında duran qadının üzərinə özüylə gətirdiyi butılkadan maye tökür və zorla qonşu otağa sürükləyir. Bundan sonra həmin yerdən başqa bir qadın qaçaraq çölə çıxır, bir neçə saniyədən sonra isə kişi və onun yanan arvadı görsənir. Telekanalın məlumatına görə, zərərçəkən cinayətkarın keçmiş arvadı olub, öz hərəkətləri ilə ondan qisas almağa çalışıb. “Arqumentlər və faktlar”ın məlumatına görə, hazırda yanmış qadın Vaqner adına xəstəxananın reanimasiya şöbəsində yatır. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Xəstəxananın mətbuat xidmətindən bildiriblər ki, onun bədəninin 35, üzünün isə 3 faizi yanıb.
KONKRET.az
