Xameyninin Ərdəbildəki nümayəndəsi Amili dinə-imana gəlib.
KONKRET.az Teleqram kanallarına istinadla bildirir ki, Ərdəbilin imam cüməsi Azərbaycanla heç bir problemin olmadığını, SEPAH-ın təlimlərinin “xoşməramlı” olduğunu, yük maşınlarının saxlanmasına qarışmadıqlarını söyləyib.
Daha sonra o, İranı parçalamaq istəyənlərə, İran torpaqlarında türk bayrağı asmaq istəyənlərə səslənib.
“Azərbaycan dövlətindən istəyirik ki, qonşuluq münasibətinə hörmətlə yanaşsınlar, xarici qüvvələrin bölgəyə ayaq açmasına imkan verməsinlər”.
Xatırladaq ki, bir neçə gün öncə Ərdəbilin dini lideri Amili Azərbaycanı təhdid edən mesajlar vermişdi.
İndiki xütbəsini isə kağızdan oxuyub.
Ətraflı videoda:
Xuraman Etibarlı
KONKRET.az
