Ərdoğan Kılıçdaroğlunu bağışladıbackend

Ərdoğan Kılıçdaroğlunu bağışladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da dövlət başçısı 17 məhkəmə iddiasını geri götürərək 4 milyon 460 min lirəlik təzminat məbləğindən imtina edib.

Xatırladaq ki, məhkəmələrdə Kılıçdaroğlunun 2011-2016-cı illər arasında mitinq və CHP-nin iclaslarında Ərdoğana qarşı səsləndirdiyi təhqiramiz ifadələrə baxılırdı.

Ərdoğan CHP liderinin “halallaşma” çağırışına toxunaraq, ona qarşı qaldırdığı iddiaları geri götürdüyünü, amma Kılıçdaroğlunun bunun qədir-qiymətini bilmədiyini deyib.

Türkiyə prezidenti məhkəmədə qalib gəldiyini və təqdim etdiyi imtina ərizəsində ona edilən hər cür hörmətsizliyi birdəfəlik bağışladığını vurğulayıb./Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*