Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniya kansleri Anqela Merkelə xatirə hədiyyələri — naxışlı güzgü və dəbilqə hədiyyə edib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sözcü” qəzeti yayıb. Hədiyyələr təqdim olunması Türkiyə-Almaniya Universitetinin kampusunun açılış mərasimindən sonra baş tutub. Merkel gələcəkdə universitetdə 5 min tələbənin təhsil alacağını bildirdi. Onun sözlərinə görə, bu, Türkiyə ilə Almaniya arasında əməkdaşlığın nümunəsidir. Xəbər verildiyi kimi, liderlər Liviya və Suriyadakı vəziyyəti, həmçinin iqtisadi əməkdaşlığı müzakirə etmək niyyətindədirlər.
KONKRET.az
