“Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Qallanta qarşı çıxardığı həbs qərarını dəstəkləyirik”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Beynəlxalq QHT Sərgisində çıxışı zamanı deyib.
“Cəsarətli qərarın bütün ölkələr tərəfindən həyata keçirilməsini vacib hesab edirik. bəşəriyyətin beynəlxalq sistemə inamını yeniləmək üçün bu addım şərtdir”, – dövlət başçısı bildirib.
KONKRET.az