Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş başa çatıb.
KONKRET.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
***
15:02
Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüş başlayıb.
KONKRET.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.
Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada işgüzar səfərdədir.
***
14:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi şəhərindəki hava limanına enib.
***
12:42
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək görüşdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşüb.
Liderlərin Zirvə toplantısının proqarmında heyətlərarası görüş nəzərdə tutulmayıb.
Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Rəcəb Tayyib Ərdoğan Suriyanın Tel Rıfat və Minbicdəki terrorçu PKK silahlı qruplaşmasının varlığına diqqəti çəkəcək. Məlumata görə, Türkiyə Prezidenti tərəflər arasında Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılaşmalara uyğun olaraq həmin bölgələrdə terrorun mövcudluğuna son qoyulmasını vurğulayacaq.
2019-cu ilin oktyabrında Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Soçidə keçirilmiş görüşdə terrorçu PKK/YPG-nin Fərat çayından 30 km cənuba çəkilməsi barədə razılıq əldə edilib. Ancaq indi vəziyyət rəsmi Ankaranın gözlədiyindən uzaqdır.
Rusiyanın nəzarəti altında olan Suriyadakı bölgələrdən son zamanlar Türkiyəyə yönəlik hücumlar edilir. Türkiyə lideri bu məsələdə ölkəsinin narahatlığını və hücumların qarşısının alınmasını Vladimir Putinin diqqətinə çatdıracaq.
