Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı aparıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən Amerikanın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar.
Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib.
Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırkı təklifləri nizamlama üçün əsas təşkil edə bilər.
