Ərdoğan Tokayevi təbrik etdibackend

Ərdoğan Tokayevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonla danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Ərdoğan Tokayevi Qazaxıstanda keçirilən prezident seçkilərində qazandığı növbəti qələbə münasibətilə təbrik edib.

Ərdoğan seçki nəticələrinin dost və qardaş Qazaxıstan üçün xeyirli olmasını arzulayaraq, iki ölkə arasında strateji tərəfdaşlığın yeni dövrdə güclənəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*