Ərdoğan zəlzələnin baş verdiyi Elazığa getdibackend

Ərdoğan zəlzələnin baş verdiyi Elazığa getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*