Ərdoğanın Krımla bağlı bəyanatı Rusiyanı NARAHAT ETDİbackend

Ərdoğanın Krımla bağlı bəyanatı Rusiyanı NARAHAT ETDİ

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı BMT Baş Assambleyasındakı açıqlamaları bizi üzüb”.

KONKRET.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib.

O bildirib:

“Bu açıqlamaların bizə yönəldiyini hesab edirik. Türkiyə prezidentinin Rusiyaya səfəri ərəfəsində belə açıqlama verməsindən təbii olaraq üzüntü duyuruq”

Qeyd edək ki, Ərdoğan çıxışı zamanı Krımın ilhaqından narahatlıq ifadə etmişdi. Ərdoğan Krımın İlhaqını tanımadıqlarını, Ukraynanın ərazi bütövlüyünə önəm verdiklərini ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*