Ərinin bu sözləri Fatiməni AĞLATDI – VİDEObackend

Ərinin bu sözləri Fatiməni AĞLATDI - VİDEO

Bloger Fatimə Əhmədova   televiziya proqramında həyat yoldaşı Ülvi Nadirovun  (UlviFatime) sözlərindən kövrəlib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, verilişin qonağı olan müğənni Ülvin ailə münasibətlərindən danışarkən həyat yoldaşını xüsusi şəkildə əzizlədiyini bildirib.

O, Fatiməyə çox zaman “uşaq, körpə” kimi xitab etdiyini, bunun onların münasibətində illərdir dəyişməyən bir sevgi dili olduğunu vurğulayıb.

Sənətçi 8 ildir evli olduqlarını və bu müddətdə Fatimənin uşaq kimi saf, kövrək xarakterinin dəyişmədiyini qeyd edib:

“Xanımım nə qədər böyüsə də, eyni uşaq kimi qalıb. Mən də onu hər zaman belə əzizləmişəm” – deyə, Ülvi bildirib.

Həyat yoldaşının bu sözləri Fatiməni duyğulandırıb və onun gözləri dolub. Bloger həyat yoldaşının sevgidolu münasibətinin onun üçün çox dəyərli olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*