“Anlamağa başladıq ki, Kəlbəcər “Karvaçar”dan daha münasibdir”.
KONKRET.az xəbər verir ki, bunu çərşənbə axşamı səhər Ermənistan parlamentinin hakim partiyasının deputatı Vilen Qabrielyan Facebookda yazıb.
“Mən yenə dünənki Kəlbəcər – Karvaçar mövzusuna qayıdıram, xüsusən də ziyalılara müraciət edirəm. Beləliklə, mən nə yazdım? Fikir belə idi:
Yerin adının uyğunluğuna, məzmununa, səslənməsinə, toponim mahiyyəti və xüsusiyyətlərinə görə “Kəlbəcər” “Karvaçar”dan daha uyğun gəlir.
Əlbəttə, etiraf edirəm ki, cümlə o qədər də yaxşı yazılmayıb.
Bayaq yazmışdım ki, “çay üzərində qala” və ya “daş qala” kimi tərcümə olunan “Kəlbəcər” adı “Kar-Vaçar”dan daha çox səs və məna baxımından yerin xüsusiyyətlərinə və mahiyyətinə uyğundur, xüsusən məna. Mənim yazdıqlarım bu qədərdi, burada başqa heç nə yazılmayıb, hər kəs öz istəyinə və şəxsi münasibətinə görə görür”, – deyə Qabrielyan əlavə edib.

Xuraman Etibarlı,
KONKRET.az
