“Sizi ziyarət edən və edəcək minlərlə ölü əsgərin ruhunu necə həbs edəcəksiniz?”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyan öz Facebook səhifəsində yazıb. O, Aşot Minasyanın həbsinə münasibət bildirərək yazıb:
“Elə bilirsiniz, qorxularınız Aşot Minasyanın (Aşot Yerkat) həbsi ilə dağılacaq, onu da bilin ki, Minasyanın həbsi onu sındırmayacaq”.
“Yaxşı, tutaq ki, Sünikli Aruşa Aruşanyanı, Mxitar Zakaryanı, Artur Sarkisyanı, Manvel Paramazyanı, indi də Aşot Yerkatı həbs etdiniz… Bu sizi sakitləşdirdi? (Nikol Paşinyanı nəzərdə tutur – red.), Sakitlik tapdınız, bəs minlərlə ölü əsgərin ruhunu necə həbs edəcəksən, onlar sizi əbədi ziyarət edəcəklər?”,- deyə Xamoyan yazıb.
Xuraman Etibarlı
KONKRET.az
