Erməni deputat qorxuya düşüb: “Azərbaycanla danışıqlar başlasa…”backend

Erməni deputat qorxuya düşüb: "Azərbaycanla danışıqlar başlasa..."

“İndi Azərbaycanla görüş təşkil etmək və Qarabağ məsələsinin həlli üçün danışıqlar aparmaq məqsədəuyğun deyil, Ermənistan kifayət qədər zəif vəziyyətdədir, danışıq mövqeləri zəifləyib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan deyib.

Onun sözlərinə görə, indi danışığa getmək kifayət qədər ciddi mövqeləri güzəştə getmək, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükələr yaratmaq demək olacaq.

“Hazırda təklif etmək üçün heç nəyimiz yoxdur, vəziyyət mürəkkəbdir”, – deyə Qazinyan qeyd edib.

O bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyi barədə qorxular var.

Qazinyan qeyd edir ki, Ermənistan hakimiyyətinin hərəkətləri milli maraqlara ziddir və ölkə üçün təhlükə yaradır, hazırkı hakimiyyət danışıq aparmaq iqtidarında deyil.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*