Erməni deputatlar Qarabağa QANUNSUZ SƏFƏR ETDİLƏRbackend

Erməni deputatlar Qarabağa QANUNSUZ SƏFƏR ETDİLƏR

Ermənistan parlamentinin bir qrup deputatı Qarabağa qanunsuz səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun Facebook səhifəsində məlumat verilib. Özlərini “Müqavimət hərəkatının üzvləri” adlandıran müxalifətçi deputatlar iyunun 21-23-də Qarabağda olublar.

Qarabağa qeyri-qanuni yollarla gələn vitse-spiker İşxan Saqatelyan, deputatlar Tiqran Abramyan, Aqvan Vardanyan, Aram Vardevanyan, Artur Sarkisyan və Qeqam Manukyan Xankəndi, Əsgəran, Ağdərə və Xocavənddə separatçı tör-töküntüləti ilə süləniblər.

Laçın dəhlizini aşsüzənə çevirən Rusiya sülhməramlıları sözsüz ki, bu qanunsuz səfərə də “don geyindirməyə” çalışacaq.

Azərbaycanın müvafiq orqanları yəqin ki, lazımi tədbirlər görəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*