Erməni diasporu təşvişdə – “Soçinin Azərbaycanın təsir zonasına düşməsinə imkan verməməliyik”backend

Erməni diasporu təşvişdə - "Soçinin Azərbaycanın təsir zonasına düşməsinə imkan verməməliyik”

“Qarabağ müharibəsindəki qələbədən ilhamlanan Azərbaycan lobbisi Soçidə çox fəallaşıb. Belə ki, Duma seçkilərində öz namizədinin qələbə çalması üçün Soçi Şəhər Administrasiyasına ciddi təzyiqlər edilir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Soçidəki erməni diasporunun hesabatından götürülüb.

Qeyd edək ki, Soçidə erməni diasporu əhalinin ən azı 25 faizini təşkil edir. Onlar isə Azərbaycanpərəst 80 yaşlı Vitali İqnatenkonun Duma seçkilərində uğur qazanmaması üçün ciddi hərəkətə keçiblər.

Erməniləri narahat edən budur ki, keçmiş TASS rəhbəri İqnatenkonun yaxın dostu Yuli Qusmanın fəallığı ilə artan seçki kampaniyasında iştirak edən fəallar şəhərin bütün strukturlarının ona səs verməsi üçün bütün mexanizmləri işə salıb. Erməni diasporunun yaydığı hesabatda deyilir ki, şəhər rəhbərliyi millətlərarası qarşıdurmaların yaranmaması üçün heç bir tədbir görmür. “Ancaq Soçi erməniləri ilkin seçkilərin saxta nəticələrindən sonra (bülletenlər bir həftə əvvəl çap olunmuşdu) küçələrə çıxa bilər. Qardaşlar, gəlin, Soçinin Azərbaycanın təsir zonasına düşməsinə imkan verməyək”, – deyə hesabatda vurğulanır.

Qeyd edək ki, ermənilər Soçidəki hadisələri maraqlı bir şəkildə izləyir. Onlar hesab edir ki, Korotçenko, Markov və Şevçenko kimi Azərbaycanpərəstlər artıq Rusiyanın daxili siyasətinə birbaşa müdaxiləyə etməyə başlayıblar.

“Bakı lobbisi çoxdan Rusiya Federasiyasının müxtəlif dövlət strukturlarına təsir edə bilir və artıq namizədlərini, lobbiçilərini, eləcə də müxtəlif dərəcəli Azərbaycan əsilli məmurlarını təbliğ etməyə başlayıb. Artıq Rusiyada Bakının yumşaq gücü var. Bir neçə il əvvəl bunu heç təsəvvürümüzə gətirmirdik. Hazırda Azərbaycan Soçidə öz namizədini təbliğ edir”, – deyə ermənilər hesabat barədə şərhlərində vurğulayıblar.

Qeyd edək ki, keçiriləcək ilkin seçkilərdə Vitali İqnatenkonun rəqibi tanınmış ermənipərəst Konstantin Zatulindir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*