“Bu gün bizim ərazilərdə Azərbaycan əsgərləri erməni hərbçiləri ilə müqayisədə özgüvənli və tam təminatlıdırlar”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Bloger Mika Badalyan səsləndirib:
“Bu gün bizə dəstək verənlərin sayəsində əsgərlərimizə qış paltarlaraı çatdırırıq. Çünki orada çox soyuqdur, hətta güclü şaxta var. Əsgərlər bizdən xahiş edirlər ki, onlara nəsə təminat çatdıraq. Çünki əsgərlərimiz 2500 metr hündürlükdə xidmət aparırlar. Onların heç nəyi yoxdur. Biz əsgərlərimizə isti paltarlar və digər təminat vasitələri aparırıq ki, onlar orada donmasınlar” – badalyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
