ERMƏNİ ETİRAFI: “ABŞ-a “arsax” yox, Rusiya ilə İranın QAFQAZ ZƏİFLİYİ lazımdır”backend

ERMƏNİ ETİRAFI: "ABŞ-a "arsax" yox, Rusiya ilə İranın QAFQAZ ZƏİFLİYİ lazımdır"

“ABŞ-a “arsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan bildirib. Politoloq ABŞ-ın bu istəyini onunla əlaqələndirib ki, belə olan halda rus sülhməramlılar regionu tərk (2025) edəcək:

“Region Rusiya və İranın nəzarətindən çıxır. Rusiyadan olsa, “arsax” məsələsi gələcəyə qalar və ruslar Qarabağda hərbi mövcudluqlarını davam etdirərlər”.

Ermənistanın siyasi elmlər doktoru Artur Xaçikyan ABŞ dövlət katibi Entoni Blinkenin Paşinyanı danışıqlar tempini qorumağa çağırdığını xatırladaraq olayı belə şərh edib:

“Bu, sülh müqaviləsinin rus yox, Qərb variantı ilə imzalanmasına səslənişdir. İkincisi, bir neçə gün əvvəl Ermənistanı təmsil edənin tonunu dəyişməsi, İlham Əliyevin xəbərdarlıqlarına qəfil cavab verməsi, Ermənistanın ərazi bütövlüyünü bərpa edəcəyi barədə bəyanatı gözlənilməz oldu. Təəccüblü olsa da, Ermənistan cəsurlaşdı. Blinken də İrəvan hökumətini ayıldır ki, avara-avara işlərlə yox, sülhün imzalanması ilə məşğul olun”.

Erməni analitik Arqişti Kiviryan da bildirib ki, son vaxtlar Nikol Qərb masasındakı sülh variantlarından dönüşlər edir:

“Paşinyan Kreml variantına meyllənib. ABŞ isə onu başa salmağa çalışır ki, sülh danışıqlarını Qərbin təklif etdiyi üsulla davam etmək lazımdır”,- deyə Kiviryan münasibətini tamamlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*