Erməni hərbi əsirlər olan təyyarə tezliklə İrəvana enəcəkbackend

Erməni hərbi əsirlər olan təyyarə tezliklə İrəvana enəcək

Erməni hərbi əsirlər olan təyyarə tezliklə İrəvana enəcək.

KONKRET.az xəbər verir ki, “dqr fövqəladə hallar üzrə dövlət xidmətinin keçmiş rəis müavini” Boris Avaqyan sosial şəbəkədə yazıb. “Göyərtəsində erməni hərbi əsirlərin olduğu təyyarə bir neçə saatdan sonra Erebuni hava limanına enəcək”, – Avaqyan bildirib.

“Məhkumların qaytarılmasını növbəti dəfə rus generalı Rüstəm Muradov təşkil edir. Bu dəfə o, Bakıya gizli gedib, hətta son vaxtlara qədər məhbusların qaytarılması da gizli saxlanılıb”, – deyə o vurğulayıb.

Qaytarılan əsirlərin adları:

Yerimyan Narek
Arakelyan Araik
Amirxanyan Serjik
Akopyan Gevorq
Nalbandyan Robert
Manasyan Artyom
Avetisyan Erik
Arman Tevosyan
Tiqran Akopyan

Sarkisyan Arut

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*