Erməni jurnalist: “Zəngəzur İranın həyati maraqları sferasına daxildir”backend

Erməni jurnalist: "Zəngəzur İranın həyati maraqları sferasına daxildir"

“Zəngəzur rəsmi olaraq İranın həyati maraqları sferasına daxildir”.

KONKRET.az xəbər verir ki, bunu Moldovada yaşayan erməni əsilli jurnalist Ernest Vardanyan öz sosial şəbəkə hesabında yazıb.

O, İranın Zəngəzurun Qafan şəhərinə konsul təyin etməsinə münasibət bildirib.

“Baş nazir Paşinyanla prezident Rəisi arasında telefon danışığından bir gün sonra İran Ermənistanın Zəngəzur bölgəsindəki Qafan şəhərinə baş konsulunu təyin etdi. Bu təyinat hazırda diplomatik deyil, simvolik xarakter daşıyır.

Ona görə yox ki, bu, əlaqələrin möhkəmlənməsinə töhfə vermir, əksinə, ona görə ki, hazırda və məhz Zəngəzurda bütün regionun gələcəyi həll olunur.

İndi Tehran eyni vaxtda Moskvaya və Bakıya, onun vasitəsilə də Ankaraya cavab verir ki, Zəngəzur indi rəsmi olaraq İranın həyati maraqları sferasıdır.”

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*