Erməni kilsəsi: “Qarabağın hesabına Azərbaycana güzəştə getmək olmaz”backend

Erməni kilsəsi: "Qarabağın hesabına Azərbaycana güzəştə getmək olmaz”

Erməni kilsəsi Paşinyana qarşı hərəkətə keçdi.

KONKRET.az xəbər verir ki, Böyük Kilikiya Evinin katolikosu I Aram bildirib ki, Ermənistanın hazırkı mövqeyi Qarabağ ermənilərinin vəziyyətini xeyli çətinləşdirib:

“Bu gün biz Ermənistandan və xüsusilə hakimiyyət orqanlarının son yanaşmalarına bizim Müqəddəs Taxtımız səssiz qala bilməz. Biz Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəyini, öhdəliyini və sadiqliyini eşidirik. Onlar bu yanaşmanın təhlükəli nəticələri barədə düşünürlərmi? Qarabağ tərk edilir, Ermənistan Qarabağ ermənilərini Azərbaycanla danışıq aparmağa çağırır. Ermənistanın bu cür passiv və laqeyd yanaşması Qarabağın suverenliyinə və hətta mövcudluğuna təhlükə yaradır”.

Böyük Kilikiya Evinin katolikosu bildirib ki, kilsənin bütün strukturları Qarabağ ermənilərinin yanındadır: “Biz Qarabağın müstəqilliyinin, öz müqəddəratını təyinetmə hüququnun yanındayıq”.

Katolikos I Aram vurğulayıb ki, Qarabağın hesabına Azərbaycana güzəştə getmək olmaz”.

“Ona görə də bu gün biz milli maraqlarla dövlət maraqlarını bir-birindən ayırmamalıyıq. Milli və dövlət maraqlarını qarşı-qarşıya qoymaq milli və siyasi bidətdir”, – deyə o bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*