Erməni nazir Qarabağdakı sülhməramlı qüvvələrin komandanını yanına çağırdı – SƏBƏBbackend

Erməni nazir Qarabağdakı sülhməramlı qüvvələrin komandanını yanına çağırdı - SƏBƏB

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Federasiyasının Qarabağdakı Sülhməramlı Qüvvələrinin komandanı, general-mayor Andrey Volkovu qəbul edib.
KONKRET.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Rusiya səfirliyinin hərbi attaşesi, polkovnik İqor Şerbakov iştirak edib.
Andrey Volkov Ermənistanın müdafiə nazirinə Rusiyanın Qarabağdakı sülhməramlı bölməsinin cavabdehlik zonasındakı vəziyyəti və mövcud hadisələri təqdim edib.
Həmsöhbətlər Rusiyanın regionda hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Qarabağdakı sülhməramlı missiyanın effektivliyini yüksək qiymətləndiriblər.
Görüş zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətindən heç də məmnun deyil. Bu haqda dəfələrlə ölkə mətbuatında informasiyalar yer alıb. Ruslar 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın bəzi maddələrini görməməzliyə vururlar. Belə ki, indiyədək Qarabağda separatçıların döyüşçüləri qalmaqdadır və onların sayı getdikcə artırılır. Azərbaycan postlarının qarşısında ermənilərin səngər qazmaqlarına da sülhməramlılar biganə yanaşırlar, hətta bu işdə onlara köməklik göstərirlər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*