Erməni nazir: Türkiyəyə ixrac sıfırdırbackend

Erməni nazir: Türkiyəyə ixrac sıfırdır

1 yanvar 2021-ci ildən qüvvəyə minən Türkiyədən mal ixracı qadağasını uzatmaq niyyətindəyik.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

“Türkiyə ilə iqtisadi əlaqələr simmetrik olmalıdır. 2019-ci ildə Türkiyədən 268,1 milyon dollarlıq idxal, Türkiyəyə isə 2-3 milyon dollarlıq ixrac həyata keçirilib. Builki idxal onqat az, ixrac isə sıfırdır”, – o bildirib.

Qeyd edək ki, Türkiyədən Ermənistana əsasən Gürcüstan vasitəsilə ixrac həyata keçirilir. Qardaş ölkədən Ermənistana tekstil, kimyəvi məhsullar, qızdırıcı sistemlər və s. göndərilir. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*