Erməni patriarxın Baydenə hədiyyəsinin TƏFƏRRÜATLARIbackend

Erməni patriarxın Baydenə hədiyyəsinin TƏFƏRRÜATLARI

Erməni Apostol Kilsəsinin Qüds Patriarxı, arxiyepiskop Nurxan Manukyan ABŞ prezidenti Co Baydenə erməni fayansından (qədim sənət və ya müasir dekorativ material) hazırlanmış boşqab və nar hədiyyə edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Patriarxlığın kansler departamentinin rəhbəri Koryun Baqdasaryan Facebook səhifəsində yazıb.

Koryun Baqdasaryan bildirib ki, ABŞ prezidenti Bet-Lexemdəki Məsihin mövludu Bazilikasının erməni hissəsinə baş çəkib və Erməni Apostol Kilsəsinin Qüds Patriarxı ilə görüşüb.

Baydenlə təkbətək söhbəti zamanı arxiyepiskop ona Erməni Soyqırımını tanıdığına görə təşəkkür edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*